Ötən gün Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda qızıl mədənindəki torpaq sürüşməsilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 7-yə yüksəlib.
Məlumata görə, hadisə ilə bağlı başladılan araşdırmalar davam edir.
Həmçinin, torpaq altında qalan 9 nəfərin xilasedilməsi üçün səylər göstərilir.
İnsident zamanı onlardan 5-nin konteyner, 4-nün isə avtomobilin içərisində olduğu bildirilir.
Mənbə: TRT
www.102info.az