Özbəkistanın Moskvadakı səfiri Botircon Asadov ölkənin jurnalistika universitetinin rektoru Şirzod Kudratxocayevin təhqiramiz bəyanatlarına görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qurumdan verilən bəyanata görə, Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya Federasiyası və Özbəkistan xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur.
“Rusiya Federasiyası Özbəkistan Xarici İşlər Nazirliyinin Kudratxocayevin iyrənc bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcəyini gözləyir”, – deyə Rusiya XİN-dən bildirilib.
Mənbə: TASS
www.102info.az