Rusiyanın Belqorod şəhəri Ukrayna Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulub.
Hücum nəticəsində ikisi uşaq olmaqla azı doqquz nəfər həlak olub, 20 nəfər yaralanıb.
Hadisə nəticəsində ticarət mərkəzinə, avtomobillərə zərər dəyib. Raketin qalıqları yaxınlıqdakı məktəbin həyətinə düşüb.
Xatırladaq ki, bu gün, həmçinin Rusiyanın Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın baş verib.
Mənbə: “Shot” “Telegram” kanalı
www.102info.az