İran Culfa-Naxçıvan dəmir yolu xəttinin bərpasını istəyir – FOTO

Dünya


İranın Araz Azad İqtisadi Zona Təşkilatının İdarə Heyətinin sədri və baş direktoru Məcid Kiani Naxçıvan Muxtar Respublikasına səfəri zamanı İranın baş konsulu ilə görüşüb. O, Culfa-Naxçıvan dəmir yolu xəttinin yenidən açılması üçün İran Xarici İşlər Nazirliyindən kömək istəyib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məcid Kiani İranın Naxçıvandakı Baş Konsulluğunun mövcud dəmir yolu imkanlarından istifadə ilə bağlı diskurs yaratmaqda təsirli rol oynaya biləcəyini deyib.

“İran və Azərbaycan arasında çoxillik əlaqələri nəzərə alaraq, iki ölkə arasında ticarətin inkişaf edəcəyi gözlənilir. Bununla əlaqədar Araz Azad İqtisadi Zonasının məhsulları Naxçıvan və Azərbaycan bazarına əvvəlkindən daha çox çıxarılmalıdır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Araz Azad İqtisadi Zonasının 2013-cü ildən başlayaraq son 10 aya qədər Azərbaycana ixrac həcmi 105 milyon dollar olub.

“Bu illər ərzində Azərbaycan sözügedən iqtisadi zonanın ikinci ixrac istiqaməti kimi tanınıb”, – deyə Kiani qeyd edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir