ABŞ-də minlərlə avtomobil limanlarında qalıb

Dünya


ABŞ limanlarında minlərlə “Porsche”, “Bentley” və “Audi” avtomobilləri bloklanıb.

Qeyd olunur ki, səbəb “Porsche” şirkətinin aid olduğu “Volkswagen” konserninin məcburi əmək qanunlarını pozduğu iddia edilən Çin istehsalçısının detalının aşkar edilməsi olub.

Avtomobil istehsalçısı yeni maşınların çatdırılmasını martın sonuna qədər təxirə salıb, çünki Qərbi Çindən gələn elektron komponent əvəz edilməli olub.

Həmin detalın Sincan-Uyğur avtonom rayonunda istehsal edilib-edilmədiyi təsdiqlənməyib. “Volkswagen” konserni onun aşkar olunması barədə dərhal ABŞ səlahiyyətlilərini xəbərdar edib.

Mənbə: Financial Times

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir