Yunanıstanda eynicinslilərin nikahına icazə verildi, kilsə qanunun əleyhinə çıxdı

Dünya


Yunanıstan parlamenti eynicinslilərin nikahını və eynicinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini qanuniləşdirən qanunu qəbul edib.

Yunan Kilsəsi qanuna qarşı çıxıb və onu ənənəvi ailə dəyərləri üçün təhlükə yaratdığını bəyan edib.

300 yerlik Yunanıstan parlamentində 254 deputat səsvermədə iştirak edib.

Qanunun qəbulunun lehinə 176 deputat, əleyhinə 76 deputat səs verib, iki deputat bitərəf qalıb.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis qanunun lehinə çıxış edib.

“İslahat başqalarının həyatına toxunmadan, bir çox həmvətənlərimizin həyatını yaxşılaşdırır”, – deyə o vurğulayıb.

Mənbə: Bloomberg

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir