Hindistanda fermerlər ümummilli tətil elan ediblər

Dünya


Hindistanda fermer assosiasiyaları və kəndli ittifaqları bu gün ümummilli tətil elan ediblər.

Məlumata görə, onlar digər təşkilatları da tətildə iştirak etməyə çağırıblar.

Fermerlər bildirirlər ki, aksiya çərçivəsində dörd saat ərzində bir neçə dəmir və magistral yolları bağlamaq niyyətindədirlər. Nəqliyyatın kəsiləcəyi, əlavə olaraq kənd təsərrüfatı işlərinin dayanacağı, kənd dükanlarının və kənd təsərrüfatı müəssisələrinin bağlı qalacağı gözlənilir.

Bu arada, fermerlər Nyu-Delhidə yürüşə davam edəcəklərini, lakin bazar günü, fevralın 18-də hakimiyyətlə danışıqların növbəti mərhələsini keçirməyə hazır olduqlarını da qeyd ediblər.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir