Hindistanın paytaxtı Nyu-Delhinin şimalındakı Alipur bölgəsində baş verən yanğında ən azı 11 nəfər ölüb.
Qeyd olunub ki, yanğın dünən axşam boya zavodunda baş verib. Alov iki anbarı bürüyüb və yaxınlıqdakı narkoloji mərkəzə yayılıb. Yanğın yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.
Bundan əlavə, azı dörd nəfər, o cümlədən bir polis yaralanıb. Ən azı daha iki nəfərin taleyi naməlum olaraq qalır.
Şahidlər iddia edirlər ki, yanğından əvvəl zavodda partlayış olub. Polis anbarda saxlanılan kimyəvi maddələrin partladığını güman edir.
Mənbə: NDTV
www.102info.az