Türkiyədə Mərmərə dənizində gəmi batıb, altı nəfər itkin düşüb

Dünya


Mərmərə adasından dolomit daşı yükləyən 53 yaşlı “Batuhan A.” gəmisi İmralı adası sahillərində dalğalara tab gətirə bilməyib batıb.

Məlumata görə, gəminin sahibi ilə birlikdə altı dənizçi itkin düşüb.

Murat Altıntaşa məxsus “Batuhan A.” gəmisi Mərmərə adasından götürdüyü yükü mütəmadi olaraq Gəmlik limanına daşıyırmış. İddiaya görə, 53 illik 900 tonluq gəmiyə 1150 ton yüklənibmiş.

Hazırda axtarış-xilasetmə tədbirləri görülür.

Mənbə: cnnturk.com

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir