“Qərb Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır”.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qırğızıstanda təhlükəsizlik şuraları katiblərinin Əfqanıstan məsələləri üzrə iclasında bəyan edib.
“Biz qərblilərin Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə, o cümlədən Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etmək istəyini də görürük. Bu regionlarda vəziyyətin gərginləşməsinə gətirib çıxarıb”, – deyə N.Patruşev bildirib.
Mənbə: TASS
www.102info.az