Florida ştatının Tampa şəhərinin səlahiyyətliləri səhv məhkəmə qərarına görə 37 ilini dəmir barmaqlıqlar arxasında keçirən 59 yaşlı Robert Dyubuaza mənəvi ziyana görə 14 milyon dollar təzminat ödəyəcəklər.
Robert Dyubuaz 1983-cü ildə Floridada 19 yaşlı Barbara Qramsın zorlanmasında və öldürülməsində günahkar bilinib. O zaman hüquq-mühafizə orqanlarına təqdim olunmayan DNT testi sonradan verilib və cinayəti başqa bir şəxsin törətdiyini üzə çıxıb. 37 il cəza çəkmiş Robert Dyubuaz azadlığa buraxılıb.
Mənbə: TASS
www.102info.az