Rusiyanın “Spartak” klubunun Niderlandda mühakimə olunan futbolçusu Kvinsi Promes beynəlxalq axtarışa verilib.
Bu barədə Amsterdam Prokurorluğunun mətbuat katibi Franklin Uottimena məlumat verib.
“Məhkum edilmiş futbolçu beynəlxalq axtarışa verilib. Prokurorluq onu Amsterdama aparmağa çalışıb və bunun üçün tədbirlər görüb. Lakin bu, hələ ki, onun ekstradisiyasına gətirib çıxarmayıb”, – deyə Uottimena bildirib.
O, həmçinin qeyd edib ki, Niderland bu məsələdə başqa ölkələrdən asılı olduğundan buna təsir edə bilməz.
Mənbə: “RIA Novosti” “Telegram” kanalı
www.102info.az