Mərmərə dənizində batan Türkiyəyə məxsus “Batuhan A” adlı gəminin itkin düşən heyət üzvlərindən ikisinin meyiti aşkarlanıb.
Bunu sonar cihazının köməyi ilə müəyyən etmək mümkün olub.
Məlumata görə, gəmi dənizin 51 metr dərinliyində aşkar edilib. Su altında qeydə alınan görüntülərdə gəminin yana dönmədiyi və düz oturduğu görülüb. Axtarış-xilasetmə işlərini asanlaşdırmaq üçün gəminin 3D modelləşdirilməsi də aparılıb.
Xatırladaq ki, Mərmərə adasından dolomit daşı yükləyən 53 yaşlı “Batuhan A.” gəmisi İmralı adası sahillərində dalğalara tab gətirə bilməyərək batıb. Gəminin sahibi ilə birlikdə altı dənizçi itkin düşüb.
Mənbə: Haber Global
www.102info.az