“Braqa” prezidenti komandanın qarşısına tələb qoyub: “Bakıda nəticə qazanılmalıdır”

Dünya


Portuqaliya təmsilçisi “Braqa”nın prezidenti Antonio Salvador Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunundakı məğlubiyyətdən sonra futbolçulara sərt söhbət edib.

İdman.biz xəbər verir ki, klub rəhbəri ciddi narazılığı üzündən görüşdən dərhal sonra soyunub-geyinmə otağına yollanıb.

O, əsəbi halda futbolçuların qarşısına tələblər qoyub. Salvador onlardan özünəinam, klub dəyərlərinə hörmət və uğursuz oyunlara son qoymağı istəyib.

Klubun prezidenti “Farense” ilə çempionat matçı və “Qarabağ”la Bakıdakı görüşlərdə yaxşı nəticə qazanmalı olduqlarını bildirib. Salvadorun soyunub-geyinmə otağına gözlənilməz gəlişi baş məşqçi Artur Jorjenin oyunsonrası mətbuat konfransına gecikməsinə səbəb olub.

Qeyd edək ki, “Qarabağ” Portuqaliyada 4:2 hesablı qələbə qazanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir