Məşhur rejissor Lük Besson “Drakula” romanı əsasında film çəkəcək.
Qraf Drakulanın qəsrinə düşən vəkil Conatan Harker rolunu 34 yaşlı Kaleb Landri Cons canlandıracaq. İkinci əsas rolu Kristof Valts oynayacaq, lakin bunun əfsanəvi vampir rolu olub-olmayacağı hələ məlum deyil.
Məlumata görə, Besson filmi Drakulanın sevgi hekayəsinə əsaslanaraq çəkəcək. Çəkilişlərə 2024-cü ildə başlanacağı gözlənilir.
Mənbə: lenta.ru
www.102info.az