“ABŞ-nin Ukraynaya dəstəyi dəyişməz olaraq qalır və bundan sonra da davam edəcək”.
Bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.
“ABŞ Prezident Cozef Bayden və mən sizə, Ukrayna xalqına yardım məsələsində qətiyyətliyik”, – o deyib.
Xatırladaq ki, fevralın 13-də ABŞ Senatında Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardımın nəzərdə tutulduğu qanun layihəsinin alternativ variantını qəbul edib.
Mənbə: TASS
www.102info.az