Türkiyənin Adana vilayətinin mərkəzi sayılan Yüreğir rayonunda kənd təsərrüfatı işçilərini daşıyan avtobus qəzaya uğrayıb.
Nəqliyyat vasitəsi Sümbül küçəsində səkiyə çırpılaraq aşıb.
Hadisə yerinə polis, xilasetmə və tibbi qrupları gəliblər.
Qəza nəticəsində sürücü və kənd təsərrüfatı işçisi olduğu bildirilən daha 14 nəfər xəsarət alıb.
Təcili yardımla şəhərdəki xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı qeyd edilib.
Mənbə: Haber Global
www.102info.az