Türkiyəli futbolçu 29 yaşında vəfat edib

Dünya


Türkiyənin “Serik Belediyespor” futbol klubunun müdafiəçisi Mümin Talip Pazarlı 29 yaşında vəfat edib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Futbolçunun ölüm səbəbi qan xərçəngi olub.

“Bir müddət əvvəl qan xərçəngi diaqnozu qoyulan futbolçumuz Mümin Talip Pazarlının vəfat etməsini böyük kədər hissi ilə öyrəndik. Bütün yaxınlarına səbr diləyir və başsağlığı veririk”, – deyə məlumatda deyilir.

Qeyd edək ki, futbolçu cari mövsümə Türkiyənin “Ankara Dəmirspor” klubunda başlayıb. Yanvarda müdafiəçi “Serik Belediyespor”a keçib. O, komandanın heyətində dörd oyuna çıxıb.

Mənbə: SportX

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir