Bolqarıstanın baş naziri Nikolay Denkov martın 6-da əvvəllər razılaşdırılmış rotasiya çərçivəsində vəzifəsindən istefa verəcəyini təsdiqləyib.
Bu barədə Denkov Münhen Təhlükəsizlik Konfransından qayıdarkən keçirdiyi brifinqdə məlumat verib.
“Martın 6-da mən istefa verəcəyəm. Normal konstitusiya proseduru var və hökumət növbəti qərar qəbul olunana qədər öz vəzifələrini icra etməyə davam edəcək. Əgər onun işinə mane olmasalar, dram olmayacaq”, – hökumət başçısı bildirib.
Denkov aydınlaşdırıb ki, yeni hökumətdə Xarici İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsi açıq qalır.
Mənbə: TASS
www.102info.az