Parisdə COP29-la bağlı dəyirmi masa keçiriləcək – FOTO

Dünya


Fevralın 20-də Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol rəsmi “X” hesabında məlumat verib.

Fatih Birol bildirib ki, COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçiriləcək müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etmək olacaq.

Məlumatda qeyd edilir ki, toplantıda dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak edəcək.

Toplantıda ölkəmizi xarici işlər nazirinin müavini, COP29-un rəsmisi Yalçın Rəfiyev təmsil edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir