Braziliya prezidenti Luis İnasiu Lula da Silva respublikanın Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırılmasını əmr edib.
Bu barədə “Folha de S.Paulo” nəşri yazıb.
“Braziliyanın Tel-Əvivdəki səfiri Frederiko Mayer Lula tərəfindən məsləhətləşmələr üçün ölkəyə geri çağırılıb”, – nəşrdə qeyd olunub.
Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Kaç Braziliya Prezidenti Lula da Silvanı “persona non grata” elan edib.
www.102info.az