Hər gün yediyimiz və içdiyimiz hər məhsul qanımızdakı xolesterin və triqliserid səviyyəsinə təsir edir.
Bunu ABŞ-dəki Mayo klinikasının kardioloqu, elmlər dojtoru Ripu Sinqh bildirib.
Onun sözlərinə görə, yüksək xolesterin səviyyəsi ateroskleroz adlanan ürək damarlarının sərtləşməsinə, sonra isə ürəyin işemik xəstəliyinə səbəb ola bilər. Bundan əlavə, damarlarda tromblar meydana gələ bilər. Triqliseridlərin yüksək olması isə artıq kalorilərdən qaynaqlanır. Həmçinin, bu maddə izafi şəkər və spirtdən yaranır.
Qanda xolesterin və triqliserid səviyyəsini azaltmaq üçün həkim aşağıdakıları tövsiyə edir:
“Bitki əsaslı pəhriz saxlayın. Xüsusilə, liflə zəngin olan daha çox bitki əsaslı qidalar yeyin, təbii emal olunmamış taxıl, tərəvəz və meyvələri seçin.
Müntəzəm olaraq məşq edin. İdmanın köməyi ilə siz sağlam çəki əldə edə və onu saxlaya bilərsiniz.
Yediyiniz trans yağlardan çəkinin. Onlar qanda xolesterin səviyyəsini artıra bilər.
Xolesterini yüksək olan qidaların qəbulunu məhdudlaşdırın. Bunlara yumurta sarısı, içalat, heyvan yağları və yüksək yağlı süd məhsulları daxildir.
Ümumi yağ qəbulunu azaldın. Bütün yağlar yüksək kalorilidir. Doymuş yağları doymamış yağlarla əvəz edin”.
Mənbə: ferra.ru
www.102info.az