İsrail hökuməti müsəlmanlara Ramazan ayında Əl-Əqsa məscidində namaz qılmağa şərait yaradacaq.
Bu açıqlama ilə İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman çıxış edib.
Bununla belə, o qeyd edib ki, Əl-Əqsa məscidində giriş üçün müəyyən qaydalar müəyyənləşdirilib.
“İsraildə hər bir dini obyekt üçün maksimum ibadət kvotaları hazırlanıb. Eyni kvotalar Məscidül-Əqsa üçün də mövcuddur və onlara ciddi şəkildə əməl olunacaq”, – deyə D.Gendelman vurğulayıb.
O əlavə edib ki, yaxın günlərdə Məscidül-Əqsaya giriş proseduru və meyarları İsrail polisi tərəfindən ictimaiyyətə açıqlanacaq.
Mənbə: TASS
www.102info.az