İngiltərənin “Kroydon” klubunun futbolçusu Rayan Holl matçın start fitindən dərhal sonra meydanın mərkəzindən qol vurub.
Qeyd olunur ki, Holla qol vurmaq üçün cəmi 2,31 saniyə lazım olub ki, bu da futbol tarixinin ən sürətli qolu olub. “Kroydon” öz futbolçusunun bu nailiyyətini qeyd etmək üçün Ginnesin Rekordlar Kitabına ərizə ilə müraciət edib.
Lakin Ginnesin Rekordlar Kitabının nümayəndələri Rayan Hollin rekordunu nəzərə almaqdan imtina ediblər.
“Qol əla idi. Bu bizi daha da təəssüfləndirir ki, biz idarəedici orqanlar və idman nailiyyətlərini təhlil edən şirkətlər tərəfindən təqdim olunan statistik məlumatlara etibar edə biləcəyimiz peşəkar futboldan kənar nailiyyətləri qeyd etmirik”, – Rekordlar Kitabının bəyanatında deyilir.
Qeyd edək ki, 1953-cü ildə qurulan və həvəskar komanda hesab edilən “Kroydon” futbol komandası İngiltərənin Birinci Divizionunun Cənub dairələrinin Şərq liqasında oynayır.
Mənbə: BBC
www.102info.az