Rusiyada killer uşaqların gözü qarşısında kişini güllələyib.
Dəhşətli hadisə Sankt-Peterburqda baş verib.
Bildirilib ki, sürücü vəkilin uşaqlarını məktəbə yola salanda killer arxadan yaxınlaşıb və başından güllə açıb.
Ehtimal olunur ki, killer qurbanını səhv salıb. O, hüquqşünası öldürməyi planlaşdırıb.
Yaralanan Özbəkistan vətəndaşı hazırda xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Killerin axtarışları isə davam edir.
Mənbə: Lenta.ru
www.102info.az