Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini razılaşdırıblar.
Bu barədə Belçikanın Aİ Şurasına sədrliyinin “X” hesabında məlumat verilib.
Məlumata görə, sanksiyalar paketi fevralın 24-dək qüvvəyə minəcək.
“Aİ səfirləri indicə 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəldilər. İndi paket Aİ Şurası tərəfindən yazılı təsdiq prosedurundan keçəcək və fevralın 24-dək rəsmi şəkildə təsdiqlənəcək”, – deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, məhdudiyyətlər Rusiyanın Ukraynadakı müharibəsi ilə əlaqədar tətbiq edilir.
Aİ-nin 13-cü sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxsin daxil olacaq.
Bu barədə məlumatı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen təsdiqləyib və özünün “X” hesabında bununla bağlı paylaşım edib.
“Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin təsdiqini alqışlayıram. Ümumilikdə 200 nəfəri qara siyahıya salmaqla biz Kremlə güclü təzyiq göstəririk”, – deyə o qeyd edib.
Mənbə: TASS
www.102info.az