“Barselona”da “köstəbək” peyda oldu: “Artıq iki aydır paltardəyişmə otağında “ifritə ovu” davam edir” – FOTO

Dünya


“Barselona” klubunun baş məşqçisi Xavi komandada “köstəbək” axtarmağa başlayıb.

Bu barədə jurnalist Xavi Migel “El Chiringuito” telekanalında danışıb.

Bildirilib ki, buna səbəb paltardəyişmə otağından mətbuata sızan məlumatlar olub.

“Artıq iki aydır ki, paltardəyişmə otağında “ifritə ovu” davam edir. Köstəbək axtarırlar. Mediada yazılanların hamısı həqiqətdir. Bu, yeni problem deyil. Xavinin bir məqsədi var – satqını tapmaq”, – deyə jurnalist bildirib.

Migelin sözlərinə görə, kataloniyalıların baş məşqçisi jurnalistlərlə əlaqə saxlayıb-saxlamadıqlarını bilmək üçün məşqçilər korpusunun üzvlərinin telefonlarını yoxlayıb. Qeyd edilib ki, məşqçi bunu onların icazəsi ilə edib.

Eyni zamanda, “Barselona” futbolçuları əmindirlər ki, “köstəbək” məhz məşqçilər korpusundadır. “Bu, ən ciddi məsələdir. Xavinin komanda ilə son görüşlərində qərargahdan heç kim olmayıb. Sadəcə Xavi və oyunçular. Ümumilikdə üç belə görüş keçirilib”, – deyə Migel vurğulayıb.

Bildirək ki, fevralın 21-də “Barselona” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu İtaliya “Napoli”sinə qarşı keçirəcək. Görüş Neapoldakı “Dieqo Armando Maradona” stadionunda baş tutacaq.

Xatırladaq ki, bu ilin yanvarında Xavi 2023/2024 mövsümünün əvvəlində “Barselona”dan ayrılmaq istədiyini etiraf edib. Məşqçi bəyan edib ki, əməyinin qiymətləndirilmədiyini hiss etdiyi üçün komandadan getmək istəyir.

Xavi 2021-ci ildə “Barselona”ya rəhbərlik etməyə başlayıb. 2022/2023 mövsümündə mütəxəssis klubla ilk titullarını qazanıb – İspaniya çempionu və ölkə Superkubokunun qalibi olub.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir