ABŞ-nin Florida ştatında bədbəxt hadisə baş verib.
5-7 yaşlarında olduğu güman edilən qız sahildə 5-6 fut dərinlikdə xəndək qazıb. Lakin xəndək çöküb və qızı “udub”, yanındakı 7 yaşlı oğlan uşağı isə sinəsinə qədər xəndəyə düşüb.
Xilasedicilər və yerli sakinlər dərhal yardım etməyə çalışsalar da, qızın həyatını xilas etmək mümkün olmayıb. Oğlanın vəziyyəti isə stabil olaraq qiymətləndirilir.
“Bu ağlasığmaz qəza idi”, – deyə Pompano-Biç çimərliyinin Yanğından Xilasetmə Xidmətinin nümayəndəsi Sandra Kinq bildirib.
Kinqin sözlərinə görə, xilasedicilər qızın yanına çatanda onun nəfəsi artıq dayanmış olub.
“Biz onun nəbzini qaytarmağa çalışmaq üçün bütün həyat qurtaran üsullardan istifadə etdik, lakin heç cür qaytara bilmədik”, – deyə o əlavə edib.
Qızcığazın qumun altında nə qədər qaldığı qeyri-müəyyən olaraq qalır.
Bununla bağlı yayılan videoda xilasetmə xidməti işçilərinin sağ qalan oğlan uşağını qum çuxurundan çıxararaq təcili apardıqlarını əks etdirlən kadrlar yer alıb.
Uşaqların yerli sakinlər, yoxsa çimərliyə gələn turistlər olduğu məlum deyil. Hazırda ölən uşağın yaşı ilə əlaqədar onun şəxsiyyəti açıqlanmır.
Hadisə ilə bağlı araşdırma davam edir.
Mənbə: “CBS Mayami”
www.102info.az