
Rusiyanın Perm şəhərində universitetdə atışma olub.
Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.
Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, hadisə zamanı azı 6 nəfər öldürülüb, 8 nəfər isə yaralanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb. Onun universitetin tələbəsi olduğu bildirilir.