Bu gün – fevralın 22-də Fransa Ermənistana yeni silah partiyası göndərəcək.
Məlumata görə, Fransa tərəfi İrəvana 250 kilometr məsafədə rəqibin təyyarələrini aşkar etməyə imkan verən üç ədəd “Ground Master” radarı (GM 200), həmçinin gecəgörmə cihazları və durbinlər göndərəcək.
Həmçinin qeyd edilir ki, tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün 3 dağ döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
Mənbə: Le Figaro
www.102info.az