“İnsan varlığı üçün ən ciddi təhlükə nüvə silahı deyil, iqlim dəyişikliyidir”.
Bu barədə ABŞ Prezidenti Co Bayden Kaliforniyada keçirilən seçki kampaniyası zamanı bəyan edib.
“İqlim ən son ekzistensial təhlükədir”, – deyə o əlavə edib.
Qeyd edək ki, 2015-ci ilin dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 21-ci Konfransından sonra dünya təşkilatının 193 üzvü Paris Sazişini dəstəkləyib.
Azərbaycan da İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan istixana qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.
Sənədin məqsədi 2100-cü ilə qədər planetdə orta illik temperaturun sənayeyəqədərki səviyyələrlə müqayisədə iki dərəcədən çox artmasının qarşısını almaq və artımı 1,5 dərəcə civarında saxlamaq üçün mümkün olan hər şeyi etməkdir.
Alimlər hesab edirlər ki, daha çox istiləşmə ətraf mühit üçün geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.
BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2022-ci ildə orta temperatur 1850-1900-cü illərin orta illik göstəricisindən 1,15 dərəcə (1,02 – 1,27 dərəcə) yüksək olub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 – bu ilin noyabr ayında Bakıda keçiriləcək.
Mənbə: TASS
www.102info.az