“İnter Mayami”nin baş məşqçisi Xerardo Moreno argentinalı hücumçu Lionel Messinin yeni mövsümün ilk oyunundakı çıxışından razı qalıb.
“İnter Mayami” doğma meydanda “Real Solt Leyk”ə 2:0 hesabı ilə qalib gəlib.
“O, çox yaxşı oynadı, rahat idi, sürətli oyun nümayiş etdirdi. Onda başqa oyunçularda olmayan bir şey var – o, topu rəqib qapısından uzaqda da qəbul edəndə təhlükəli an gözləyirsən. Onun yaxşı çıxış etdiyinə görə şadam”, – mütəxəssis bildirib.
Messi Fransanın PSJ klubunda iki il oynadıqdan sonra 2023-cü ilin yayında ABŞ klubuna keçib. Avqustun 20-də argentinalı ABŞ-də ilk kubokunu – Liqa Kubokunu qazanıb. Ötən mövsüm 14 oyunda Messi 11 qol vurub və beş məhsuldar ötürmə edib.
Mənbə: Gazeta.ru
www.102info.az