Braziliyada futbolçuları daşıyan avtobusa hücum olunub – FOTO/VİDEO

Dünya


Braziliyanın “Fortaleza” klubunun avtobusuna hücumdan sonra 6 futbolçusu xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, insident Nordeste Kubokunda “Sport Resifi”-“Fortaleza” matçı başa çatdıqdan sonra baş verib (oyun 1:1 hesabı ilə başa çatıb). Futbolçuları daşıyan avtobus “Arena Pernambuko” stadionundan çıxarkən ona daş və petardalar atıblar. Altı oyunçu zədə alıb: qaş nahiyəsindən kəsiklər, baş-beyin travması, ağız və üz nahiyəsindən kəsiklər, şüşə qırıqlarından kəsilmiş yaralar.

Bütün zədəli futbolçular tez bir zamanda Recife xəstəxanasına çatdırılıb. İki oyunçuya tikiş qoyulub, digər oyunçu isə başının KT müayinəsindən keçməli olub.

Mənbə: mk.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir