“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama almayıb”.
Bu barədə təşkilatın katibliyindən məlumat verilib.
Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-də iştirakının “dondurulması” ilə bağlı dediklərində, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir.
Xatırladaq ki, erməni baş nazir “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” deyib.
Mənbə: RİA Novosti
www.102info.az