ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters” agentliyinə müsahibəsində məlumat verib.
“ABŞ Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar 500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcək”, – deyə Uolli Adeyemo bildirib.
Adeyemo qeyd edib ki, digər ölkələrlə tərəfdaşlıq əsasında həyata keçirilən bu tədbirlər Rusiyanın hərbi-sənaye kompleksini və Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdıran üçüncü ölkələrdəki şirkətləri hədəf alacaq.
“Çünki Vaşinqton Moskvanı müharibəyə və müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etməyə çalışır”, – deyə vurğulayıb.
“Biz burada, təkcə ABŞ-də yüzlərlə sanksiya barədə elan edəcəyik, lakin unutmaq lazım deyil ki, bu tədbirlər təkcə ABŞ tərəfindən tətbiq edilmir”, – deyə Adeyemo əlavə edib.
Mənbə: Qolos Ameriki
www.102info.az