“Məzənnə tezliklə 1 dollar üçün 89-91 rubl səviyyəsinə qayıdacaq”.
Belə bir proqnozla rusiyalı maliyyə eksperti, iqtisad elmləri namizədi Vladimir Qriqoryev çıxış edib.
Qeyd edək ki, ötən gün Moskva birjasında dolların məzənnəsi 93 rublu ötüb. Bu, fevralın 9-dan bəri ilk dəfə baş verib. Avronun məzənnəsi isə 100 rubl həddini keçib.
“Xarici valyutaların rubla nisbətdə möhkəmlənməsi iki amillə bağlıdır. Birincisi, Aİ səfirləri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyiblər. Eyni zamanda məlum olub ki, Avropa İttifaqı artıq 14-cü paketin müzakirəsinə başlayıb. İkincisi, neftin qiyməti son vaxtlar bir qədər aşağı düşüb. Mənə elə gəlir ki, bir neçə gündən iki həftəyə qədər olan müddətdə bu, yox dərəcəsinə enəcək. İxrac axını bərpa olunarsa, düşünürəm ki, əlavə neqativ faktorlar olmazsa, rubl tez zamanda tarazlığa nail olacaq”, – deyə iqtisadçı fikrini yekunlaşdırıb.
Mənbə: Lenta.ru
www.102info.az