Paşinyan Fransanın müdafiə naziri ilə nələri müzakirə edib?

Dünya


Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Fransanın müdafiə naziri Sebastyan Lekornyunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Məlumata görə, Paşinyan və Lekornyu müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr ediblər.

“Fransa İrəvanın təhlükəsizlik sahəsində əlaqələri şaxələndirmək qərarına ilk cavab verənlərdən biri olub”, – deyə Paşinyan görüş zamanı qeyd edib.

Tərəflər Ermənistan Silahlı Qüvvələrində, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər sahələrdə islahatlar çərçivəsində Ermənistan-Fransa əməkdaşlığının vacibliyini vurğulayıblar.

Mənbə: Sputnik Ermənistan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir