Çində zəlzələ olub, Almatı da silkələnib

Dünya


Qazaxıstanın Almatı şəhərində güclü yeraltı təkanlar hiss edilib.

Zəlzələ barədə Respublika Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Təcrübə-Metodik Ekspedisiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunur ki, təbii fəlakətin episentri Çin ərazisində olub. Eyni zamanda yeraltı təkanların gücü 6,1 bal təşkil edib.

“2024-cü il fevralın 24-də Almatı vaxtı ilə saat 04:58-də (Bakı vaxtı ilə 02:58-red.) zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 276 km cənub-şərqdə, beş kilometr dərinlikdə yerləşib”, – məlumatda deyilir.

Mənbə: Gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir