Argentinada qubernator prezidenti iğtişaşla hədələyib

Dünya


Argentinanın Çubut əyalətinin qubernatoru İqnasio Torres ölkə Prezidenti Xavyer Mileyi regiona lazımi vergi gəlirləri daxil olmasa, neft və qaz tədarükünü dayandıracağı ilə hədələyib.

Torres bu barədə sosial şəbəkə hesabında yazıb.

“Cənab Prezident, sizə demək istəyirəm ki, başqalarından fərqli olaraq sizdən qorxmuram. Biz sizin hədələrinizə və təzyiqlərinizə boyun əyməyəcəyik. Sona qədər Çubut xalqını müdafiə edəcəyəm. Siz ölkəni argentinalıların maraqlarını nəzərə alaraq idarə etməlisiniz, ona görə onlar sizə səs verdilər. Mən əyalətimin maraqlarını qorumaq üçün seçilmişəm və bunu da edəcəyəm”, – deyə o bildirib.

Mənbə: Lenta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir