Türkiyə “Qlobal Diplomatiya İndeksi”ndə üçüncü yerdə qərarlaşıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Lowy Institute” saytında dərc olunan hesabatdan məlum olub.
İndeks statistik xarakter daşıyır, ölkələrin xaricdəki səfirlik və konsulluğunun saylarını hesablayır.
Hesabatdan aydın olur ki, Türkiyənin 252 şəhərdə (147 ölkədə) diplomatik missiyası var.
Siyahıda birinci yerdə Çin (176 ölkə/274 şəhər), ikinci yerdə isə ABŞ (173 ölkə/271 şəhər) gəlir.
Qeyd edək ki, “Qlobal Diplomatiya İndeksi” dünyada nüfuzun göstəricisi hesab olunur.
www.102info.az