Ani Badalyan: “Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçiriləcək”

Dünya


“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 28-29-da Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirəcək”.

Bununla bağlı TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib. 

“Münhendə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılığa əsasən, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin nümayəndə heyətlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq”, – deyə xəbərdə qeyd edilir.

Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, bu yaxınlarda Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında sülh sazişinin müzakirəsi ilə bağlı görüş keçiriləcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir