ABŞ-də ilk gözəllik müsabiqəsinin qalibi vəfat etdi – FOTO

Dünya


1952-ci ildə ilk “Miss USA” müsabiqəsinin qalibi olan aktrisa Jaklin Lokeri (Ceki) 94 yaşında vəfat edib.

Bu barədə onun keçmiş əri Cek Uebbin bioqrafı Den Moyer məlumat verib.

Ölümün səbəbi dəqiqləşdirilməyib.

Qeyd edək ki, gözəllik müsabiqəsində qalibiyyət Lokeriyə “Universal İnternational” kinostudiyası ilə müqavilə bağlamaq və aktrisa kimi karyera qurmaq imkanı qazandırıb. O, 1950-1960-cı illərdə bir neçə filmdə, o cümlədən “Pardners” (1956) vesternində, “Eighteen and Anxious” (1957) melodramında və “A Public Affair” siyasi dramında (1962) rol alıb. Lokeri həmçinin NBC, CBS və digər şəbəkələr üçün televiziya şoularında iştirak edib.

Mənbə: The Holliwood Reporter

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir