Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları planlaşdıran qadın terrorçu zərərsizləşdirildi – FOTO

Dünya


Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Kamışlıda keçirilən əməliyyat zamanı YPG/YPJ-nin terror təşkilatının üzvlərindən olan Emine Seyid Ahmedi zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, “Azadi Derik” kod adlı, suriyaəsilli Emine Seyid Ahmed 2011-ci ildə terror təşkilatına qoşulub. Onun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırdığı müəyyən edilib.

Terror təşkilatının raketlərlə təminatı və istifadəsinə məsul olan Emine “Zeytin dalı” əməliyyat bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları ilə bağlı təlimatlar verib.

Onun, həmçinin, Kilisdə mülki əhalini hədəf alan raket hücumlarına dair təlimatlar verdiyi məlum olub.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir