“Fransa qoşunlarının Ukraynaya göndərilməsi üçüncü dünya müharibəsinin başlanğıcı olacaq”.
Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
Filippo Qərbin Ukraynaya əsgər göndərəcəyini istisna etməyən Makronu “dəli” adlandırıb. O, Makronun bu niyyətlərinin parlamentdə bloklanmasına çağırış edib.
“Rusiya ilə müharibə dəlilik olardı”, – deyə “Məğlub olmamış Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon qeyd edib.
“Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen isə hesab edir ki, Makron bu cür bəyanatlar verməklə hərbi komandir rolunu oynayır.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın təhlükəsizliyi üçün Rusiyanın Ukrayna münaqişəsində məğlub olmasının zəruri olduğunu bildirib. Fransa prezidenti, həmçinin, NATO qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib, lakin əlavə edib ki, bununla bağlı konsensusa hələ nail olunmayıb.
Mənbə: RT
www.102info.az