İsrail Ukraynaya raket və pilotsuz uçuş aparatı (PUA) hücumları üçün erkən xəbərdarlıq sistemlərinin ötürülməsi üzərində işləyir.
Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasındakı çıxışı zamanı məlumat verib:
“İsrail Rusiyanın raket zərbələri və pilotsuz uçuş aparatlarının hücumlarından qorunmaq üçün Ukraynanı erkən xəbərdarlıq sistemləri ilə təmin etməyə çalışır”.
O əlavə edib ki, 2022-ci ilin fevralında müharibənin ilk həftəsində yəhudi dövləti Ukraynaya 100 tondan çox humanitar avadanlıq göndərib və yüzlərlə ukraynalı İsraildəki xəstəxana və reabilitasiya mərkəzlərində müalicə alıb.
Mənbə: TASS
www.102info.az