Ukrayna ordusu fevral ayında uçan naməlum obyekt (UNO) müşahidələri barədə məlumat verib.
Bu barədə Britaniyanın “Daily Mail” qəzeti Ukrayna Silahlı Qüvvələrinin 406-cı batalyonunun apardığı səs yazısına istinadən yazıb.
“Tamamilə səssiz disk formalı UNO Ukrayna hərbçiləri tərəfindən kameraya qeydə alınıb”, – deyə nəşrdə bildirilir.
Qeyd olunur ki, obyekt döyüş zonası üzərində görünüb.
Məlumata görə, səs yazısı DJI şirkətinin “Mavic” dronu vasitəsilə aparılıb.
DJI nümayəndəsi nəşrə bildirib ki, şirkət Ukrayna hərbçiləri tərəfindən qeydə alınan obyektin mahiyyətini izah edə bilmir, lakin o, bunun texniki problemlərlə bağlı ola biləcəyini etiraf edib.
Qeyd edək ki, yanvar ayında ABŞ Konqresi UFO sənədlərinin məxfiliyini ləğv edən qanun layihəsini qəbul edib. Geniş müzakirələrdən sonra qəbul edilən qanuna əsasən, son 25 ildə naməlum anomal hadisələr, mənşəyi məlum olmayan texnologiyalar və qeyri-insani intellektlə bağlı sənədləri dərc etmək mümkündür.
www.102info.az