Rusiya hərbçiləri Kremennaya (Luqansk) ərazisində əvvəllər məlum olmayan elektron mübarizə sistemlərini (EMS) müəyyən ediblər.
Bu barədə istefada olan rusiyalı polkovnik-leytenant Andrey Maroçko öz mənbələrinə istinadən xəbər verib.
Onun sözlərinə görə, Ukrayna ordusu qurğulardan Qərb radarları ilə birlikdə fəal istifadə edir.
“Kremennayanın qərbində Ukrayna Silahlı Qüvvələri elektron mübarizə sistemlərindən və ABŞ-nin “AN/TPQ-50” əks-batareya radar stansiyalarından fəal şəkildə istifadə edir”, – deyə o vurğulayıb.
Maroçko elektron mübarizə sistemlərinin yaxşı xüsusiyyətlərə malik olduğunu və geniş diapazonda fəaliyyət göstərdiyini qeyd edib.
Mənbə: RİA Novosti
www.102info.az