İranda keçid məntəqəsini havaya uçurmaq istəyən terrorçunun bombası əlində partladı

Dünya


İranın Sistan və Bəlucistan əyalətində terror törətmək istəyən şəxs təsadüfən özünü partladıb.

Bu barədə Zahedanın (rayonun inzibati mərkəzi) prokuroru Mehdi Şəmsabadi məlumat verib.

Onun sözlərinə görə, terrorçular iki nəfər olub.

“İki terrorçu Mohammadan rayonunda nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul avtomobilini partlatmaq məqsədi ilə ölkəyə daxil olub, lakin onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb”, – deyə Şəmsabadi bildirib.

Onun sözlərinə görə, qaçmağa müvəffəq olan ikinci cinayətkarın axtarışlarına başlanılıb.

Şəmsabadi digər xəsarət alanlar barədə məlumat verməyib.

Qeyd edək ki, Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan əyaləti İran üçün gərginlik mənbələrindən biridir.

Mənbə: Tasnim

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir