Moldova parlamenti təcili boşaldıldı

Dünya


Moldovada yanğın xəbərləri ilə əlaqədar parlamentin boşaldılmasına başlanılıb.

“Həyəcan siqnalı verildi, insanlar təxliyə edildilər. Lakin situasiya araşdırıldıqdan sonra heç bir risk müəyyən edilmədi”, – deyə Moldova Fövqəladə Hallar üzrə Baş Müfəttişliyin sözçüsü Liliana Puskasu bildirib.

Mətbuat isə parlamentin yanğın təhlükəsi səbəbindən boşaldıldığını yazıb.

Mənbə: Lenta.ru

www.102info.az