İranın Kərəc şəhərinin Qızılhisar zindanında saxlanılan məhbus intihar edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, yeddi ay öncə həbs edilən Hüseyn Cəlali adlı məhbus çoxlu sayda həb udaraq həyatına son qoyub.
Qeyd olunur ki, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilən Hüseyn Cəlali həbsxananın pis şəraitinə və rəhbərliyin təzyiqlərinə görə özünü öldürüb.
www.102info.az